“Zirə” klubunun gürcüstanlı forvardı David Volkov komanda ilə yeni müqavilə imzalamaqdan imtina edib.

Buna səbəb hücumçunun Polşa klubundan sərfəli təklif almasıdır. Belə ki, adıçəkilən ölkənin “Lexiya” Qdansk klubu Volkova təklif göndərib. Mövsümün sonunda ölkə çempionatının bombardirlərindən biri “Zirə”nin düşərgəsini tərk edəcək. Qeyd edək ki, Volkov 2020-ci ildə “Qəbələ”dən “Zirə”yə keçib.